Paşinyan Qarabağla bağlı bir-birinə zidd bəyanatlar verir - Şarmazanov
“Paşinyanın Qarabağ məsələsindəki ziddiyyətli açıqlamaları danışıqlar prosesində Ermənistanın mövqeyini zəiflədir. Bu, ayıbdır. O deyr ki, Qarabağ - Ermənistandır, birləşmədən danışır. Yaxud da bəyan edir ki, bu, ərazi mübahisəsidir və Ermənistan da münaqişədə tərəfdir".
Ermənistan-Rusiya münasibətlərinə də toxunan Şarmazanov vurğulayıb ki, Paşinyanın bu münasibətlərin "ən yüksək səviyyədə" olması ilə bağlı çoxsaylı açıqlamalarına baxmayaraq, “Valday” Klubunun son iclasında müttəfiq bir ölkənin xarici işlər naziri Sergey Lavrov Ermənistan rəhbərliyini açıq şəkildə Qarabağa dair destruktiv mövqe tutmaqda günahlandırdı: "Heç bir prezidentin zamanında belə olmamışdı".
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Ermənistan