İlham Əliyev macarıstanlı həmkarını təbrik edib

İlham Əliyev macarıstanlı həmkarını təbrik edib
  22 Oktyabr 2019    Oxunub:1488
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli bayram münasibətilə Macarıstanın Prezidenti Yanoş Aderə təbrik məktubu ünvanlayıb.
Azvision.az xəbər verir ki, dövlətimizin başçısı məktubda Azərbaycan-Macarıstan əlaqələrinin gündən-günə genişlənməkdə olduğunu qeyd edib. Prezident inandığını bildirib ki, ölkələrimiz arasındakı tərəfdaşlıq münasibətləri, ikitərəfli və çoxtərəfli qaydada qarşılıqlı faydalı əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da ardıcıl şəkildə inkişaf edəcəkdir.

Azərbaycan Prezidenti macarıstanlı həmkarına möhkəm cansağlığı, işlərində uğurlar, dost Macarıstan xalqına daim sülh və firavanlıq diləyib.

Azvision.az



Teqlər: İlham-Əliyev  





Xəbər lenti