Soçidə Putinlə Ərdoğanın görüşü başlayıb

 Soçidə Putinlə Ərdoğanın görüşü başlayıb
  22 Oktyabr 2019    Oxunub:2485
Soçi şəhərində Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş başlayıb.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, liderlər əsasən Suriyadakı vəziyyəti və ABŞ-la hərbi əməliyyatlara 120 saat fasilə verilməsinə dair razılığı müzakirə edirlər.

Görüş zamanı Putin Suriyada vəziyyətin gərgin olduğunu deyib.

“Rusiya-Türkiyə münasibətlərinin hazırkı səviyyəsinin bütün məsələlərin həllində rol oynayacağına, hətta çox mürəkkəb problemlərə həll yolu tapılmasına imkan verəcəyinə ümidvar olduğumu ifadə etmək istəyirəm. Hansı ki, bunlar həm Türkiyənin, həm Rusiyanın, həm də bölgə dövlətlərinin maraqlarına cavab verir”, - deyə Putin vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Putin   Ərdoğan   Rusiya   Soçi  





Xəbər lenti