Tahir Kərimli: “Orada YAP da mitinq keçirə bilməz”

  22 Oktyabr 2019    Oxunub : 1247
 Tahir Kərimli: “Orada YAP da mitinq keçirə bilməz”
"Müxalifət oktyabrın 19-da Bakının mərkəzində mitinq keçirməyə cəhdlə nəyə nail oldu? Əli Kərimli mitinqdən sonra dedi ki, guya aksiyada on minlərlə insan iştirak edib. Bu, yanlışdır. Əli Kərimlini virtual aləmdə bəzi insanlar dəstəkləyir, elə bilir ki, real həyatda da belədir".
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tahir Kərimli deyib. Onun sözlərinə görə, mitinqdə kütləvilik olmayıb:

“Niyə özünüzdən yalanlar uydurursunuz, özünüzü də inandırırsınız. O vaxtlar yüz minlərlə insan imperiyadan azad olsun deyə meydanlara çıxırdı. İndi nədən azad olmaq istəyirlər? Hə, dava nədir, sən get, mən yerində oturum. Özləri də bilir ki, idarə edə bilməzlər. Əli Kərimlinin müavinləri mitinqə çıxmadı, haradan bildi ki, yüz minlər onları müdafiə edir? Qanunvericiliyə əsasən, metrostansiyanın mühafizə zonasında mitinq keçirilməsi qadağandır. Guya orada Yeni Azərbaycan Partiyası istəsə mitinq keçirə bilər? Əlbəttə, yox, çünki orada mitinq keçirmək qadağandır”.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Mitinq   Tahir-Kərimli