Sarkisyanın təltif etdiyi məmuru Paşinyan işdən qovdu

  22 Oktyabr 2019    Oxunub : 1339
Sarkisyanın təltif etdiyi məmuru Paşinyan işdən qovdu
Ermənistanın baş naziri Nikol Paşinyan Fövqəladə Hallar Nazirliyinin Xilasetmə Xidmətinin direktoru Artak Naapetyanı vəzifəsindən azad edib.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin saytında məlumat dərc edilib.

Naapetyan 27 iyun 2018-ci ildə bu vəzifəyə təyin edilib. Diqqətçəkən məqam isə 19 sentyabr 2019-cu ildə Ermənistan prezidenti Armen Sarkisyanın sərəncamı ilə Naapetyanın II dərəcəli "Vətənə xidmətə görə" medalı ilə təltif edilməsidir.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Ermənistan   Paşinyan   Məmur