Ağdaşda bir nəfər su kanalında batıb

  20 Oktyabr 2019    Oxunub : 2925
Ağdaşda bir nəfər su kanalında batıb
Ağdaş rayonunun Bulaqotağı kəndində, Şirvan su kanalında batdığı ehtimal olunan 1985-ci il təvəllüdlü Məmmədov Əlibaba Namizəd oğlunun axtarışları başa çatıb.
Azvision.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Ə. Məmmədovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Azvision.az

Teqlər: FHN   Kanal   Meyit