Azərbaycanlı milyarderin aktivləri dondurula bilər

  20 Oktyabr 2019    Oxunub : 913
 Azərbaycanlı milyarderin aktivləri dondurula bilər
Britaniya məhkəməsi azərbaycanlı milyarder Fərhad Əhmədovun aktivlərinin bir hissəsini dondura bilər.

Azvision.az xəbər verir ki, bu barədə “Deyli Meyl” qəzeti məlumat yayıb. Bildirilib ki, buna səbəb iş adamının keçmiş həyat yoldaşı Tatyana Əhmədovaya məhkəmənin təyin etdiyi məbləği ödəməkdən imtina etməsidir.
Qeyd edək ki, 2016-cı ildə məhkəmə F.Əhmədovun keçmiş həyat yoldaşına sərvətinin 41,5 faizini (450 milyon funt sterlinq) verməsi barədə qərar çıxarıb.

Azvision.az

Teqlər: Fərhad-Əhmədov   Məhkəmə   Milyarder