Kataloniyadakı etirazlarda 200 nəfər saxlanılıb

  20 Oktyabr 2019    Oxunub : 721
Kataloniyadakı etirazlarda 200 nəfər saxlanılıb
Kataloniyada müstəqillik tərəfdarlarının keçirdiyi etiraz aksiyaları zamanı 200 nəfər saxlanılıb.
Azvision.az "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə İspaniyanın daxili işlər naziri səlahiyyətlərinin icraçısı Fernando Qrande-Marlaska bildirib. Onun sözlərinə görə, etirazlarda hüquq-mühafizə orqanlarının 288 əməkdaşı zərər çəkib.

Qeyd edək ki, oktyabrın 14-də İspaniya Ali Məhkəməsi müstəqillik barədə qanunsuz referendumun təşkilində ittiham olunan siyasətçiləri 9 ildən 13 ilədək həbs cəzasına məhkum edib. Məhkəmə hökmü elan olunduqdan sonra Kataloniyanı, xüsusən paytaxt Barselonanı mitinqlər dalğası bürüyüb.

Azvision.az

Teqlər: Kataloniya   Etiraz