Yolu keçən piyadanı maşın vurub öldürdü

Yolu keçən piyadanı maşın vurub öldürdü
  19 Oktyabr 2019    Oxunub:2768
Oktyabrın 18-də saat 21 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində Bakı şəhər sakini O.Mehdiyev idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən paytaxt sakini İsminaz Kərimovanı vurub.
DİN-in Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Piyada   Maşın  





Xəbər lenti