Bakıda maşın qaçıran yeniyetmələr tutulub

  19 Oktyabr 2019    Oxunub : 5716
Bakıda maşın qaçıran yeniyetmələr tutulub
Bakıda oğurluq edən şəxslər saxlanılıb.
DİN-in Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Nəsimi RPİ 19-cu PŞ və Abşeron RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 17-nə keçən gecə Nəsimi rayonu ərazisindən V.Eyvazova məxsus “Kia” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Gəncə şəhər sakini N.İsmayılov, Bakı və Xırdalan şəhər sakinləri olan 2 yeniyetmə avtomobillə birgə Abşeron rayonu ərazisində saxlanılıblar.

Azvision.az

Teqlər: DİN