Keçmiş qayınanasının 5 minlik qızılını oğurladı

Keçmiş qayınanasının 5 minlik qızılını oğurladı
  19 Oktyabr 2019    Oxunub:2354
Sabirabadda evdən oğurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 17-də Çığırğan kəndindəki evlərin birindən 5000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən ev sahibinin keçmiş kürəkəni, Şirvan şəhər sakini X.Əhmədov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti