Aran bölgəsinin turizm potensialı araşdırılır

   Aran bölgəsinin turizm potensialı araşdırılır
  19 Oktyabr 2019    Oxunub:3194
"Aran bölgəsinin turizm potensialının araşdırılması üçün ekspertlər cəlb edilib. Fikirləşirik ki, Kür çayı sahilində turizm məhsulları hazırlana bilər"

Bunu Azvision.az -a açıqlamasında Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiya şöbəsinin müdiri Məhəmməd Muradov deyib.
Qurum rəsmisinin sözlərinə görə, Aran iqtisadi rayonunun turizm potensialı təsdiqlənərsə, orada Destinasiya Menecmenti Təşkilatı yaradıla bilər.

"Turizm marşrutları hazırlanarkən coğrafi, regionallıq prinsipi əsas götürülmür. Regionallıq prinsipində turizmin inkişafı üçün Destinasiya Menecmenti Təşkilatları yaradılır. Belə təşkilat Qubada yaradılıb. Növbəti istiqamət olaraq Gəncə Destinasiya Menecmentlik Təşkilatı yaradılacaq. Cənub zonasının turizm potensialını inkişaf etdirmək üçüm Lənkəranda da Destinasiya Menecmenti Təşkilatının yaradılması planlaşdırılır. Bundan əlavə, Aranın turizm potensialı öyrəniləcək".

Aytən Zəhra
Azvision.az


Teqlər: Turizm   Aran   Agentlik  





Xəbər lenti