Qubada 4 otaqlı ev yanıb

Qubada 4 otaqlı ev yanıb
  19 Oktyabr 2019    Oxunub:2025
Qubada yanğın hadisəsi baş verib.
Azvision.az -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Quba rayonunun Güləzi kəndində ümumi sahəsi 196 m² olan ikimərtəbəli 4 otaq və bir aynabənddən ibarət evin yanar konstruksiyaları 154 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti