İlkin səhiyyə xidmətində kilinik protokollar tətbiq ediləcək

  19 Oktyabr 2019    Oxunub : 1265
İlkin səhiyyə xidmətində kilinik protokollar tətbiq ediləcək
Səhiyyə naziri Oqtay Şirəliyev ilkin səhiyyə xidmətində kilinik protokolların tətbiqi barədə əmr imzalayıb.
Azvision.az xəbər verir ki, əmrə əsasən, bu barədə Səhiyyə Nazirliyinin tibbi idarə və müəssisələrinin rəhbərlərinə tapşırıq, Səhiyyə Nazirliyinin tabeliyində olmayan tibb müəssisələrinin rəhbərlərinə tövsiyə verilib.

Beləliklə, Finlandiyanın Tibb Cəmiyyətinin “Duodecim Publications” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus kilinik protokollar ilkin səhiyyə xidmətləri göstərən tibb müəssisələrində 2019-cu il noyabrın 1-dən tətbiq ediləcək.

Azvision.az

Teqlər: Səhiyyə-Nazirliyi