Müharibə veteranı medalla təltif olundu
Ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi ehtiramla yad edilib. Müdafiə Nazirliyinin nümayəndəsi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani çıxış edərək, tədbir iştirakçılarını Müdafiə Nazirliyinin rəhbərliyi adından əlamətdar gün münasibəti ilə təbrik edib və Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə ehtiyatda olan çavuş V.Məmmədovun “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunması haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamını tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Medal alqışlar altında igid döyüşçüyə təqdim edilib.
Ehtiyatda olan çavuş V.Məmmədov keçən əsrin 90-cı illərin əvvəllərində layiq görüldüyü medalın xeyli müddət sonra ona təqdim olunmasında göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına və Müdafiə nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib. O, birinci Qarabağ müharibəsi zamanı ağır yaralanmasına baxmayaraq bu gün də qardaşları və övladı ilə birlikdə torpaqlarımızın azadlığı uğrunda döyüşlərə hazır olduğunu bildirib.
Polkovnik Elşad Əbilov hərbi birliyin komandanlığı və şəxsi heyəti adından ehtiyatda olan çavuşu təbrik edib və ona vurğular arzulayıb.
Tədbir “Qarabağ Azərbaycandır! Hər birimiz Qarabağ uğrunda Ali Baş Komandanın əmrlərinə hər an hazırıq!” şüarı ilə başa çatıb.
Azvision.az
Teqlər: Müdafiə-Nazirliyi Medal Veteran