Ermənistan Vəkillər Palatasının sədri: “Hər birimiz təhlükə altındayıq”

  18 Oktyabr 2019    Oxunub : 3350
Ermənistan Vəkillər Palatasının sədri: “Hər birimiz təhlükə altındayıq”
Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyan və ailə üzvləri ətrafında baş verənlər dərin narahatlıq doğurur.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan Hüquqşünaslar Palatasının sədri Ara Zohrabyan bildirib. Onun sözlərinə görə, Vəkillər Palatasının sədri olandan bəri Tovmasyan ilə hər zaman hüquq sahəsinin müxtəlif aspektləri ilə bağlı aralarında ziddiyyətlər və mübahisələr olub:

“Ancaq bu ziddiyyətlər heç vaxt Tovmasyana qarşı peşəkar balansı və hörməti saxlamağa mane olmayıb. Bu gün Tovmasyan və ailə üzvləri ətrafında baş verənlərlə bağlı həyacan təbili çalınmalıdır. Əgər bizim ölkəmizdə Konstitusiya Məhkəməsinin sədrinin müdafiəsiz qaldığı ortaya çıxırsa, deməli, onda hər birimiz təhlükə altındayıq. Əgər icraedici hakimiyyət hər hansı bir şəxsi göz önünə alsa, biz onu qorumaq iqtidarında olmayacağıq".

O əlavə edib ki, ictimai şəxslərə qarşı cinayət təqibi başadüşülən, əsaslandırılmış olmalıdır. Zohrabyan Tovmasyanın qızları üçün vəkil funksiyasını öz üzərinə götürməyə hazır olduğunu da bildirib.

Xatırladaq ki, 17 oktyabrda Ermənistanın Xüsusi İstintaq Xidməti müstəqil millət vəkili Arman Babacanyanın müraciəti əsasında bir qrup şəxsin hakimiyyəti qəsb etməsi ittihamı ilə bağlı cinayət işi açıldığını bəyan edib. Belə ki, Babacanyanın müraciəti Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyana aiddir.

P.Sultanova
Azvision.az

Teqlər: Ermənistan