Ərdoğan “Barış pınarı” ilə bağlı xəbəri təkzib etdi

  18 Oktyabr 2019    Oxunub : 872
 Ərdoğan “Barış pınarı” ilə bağlı xəbəri təkzib etdi
Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında hərbi əməliyyatları bərpa etməsi barədə məlumatlar doğru deyil.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə bildirib. Onun sözlərinə görə, yayılmış məlumatlar dezinformasiyadır:

“Əməliyyatlar bərpa olunmayıb, bu, dezinformasiyadır. Bu barədə məlumatları haradan əldə etdiyinizi bilmirəm. Mən informasiyaları Milli Müdafiə nazirindən alıram. Bu gün danışmışam, təsdiq ediblər ki, heç bir qarşıdurma yoxdur”.

Xatırladaq ki, bu gün bir sıra xarici media orqanı kürd mənbələrinə istinadən Türkiyə ordusunun “Barış pınarı” əməliyyatını bərpa etdiyini yazıb.

P.Sultanova
Azvision.az

Teqlər: Ərdoğan   Suriya