Azərbaycanda yeni medal təsis edilir

Azərbaycanda yeni medal təsis edilir
  18 Oktyabr 2019    Oxunub:1312
“Diaspor fəaliyyətində xidmətə görə” medalı təsis olunur.
Azvision.az xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanununa dəyişiklik edilir.

Bu medal ilə Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan diasporunun fəaliyyətinə verilən mühüm töhfəyə, diasporun Azərbaycan Respublikası ilə əlaqələrin möhkəmləndirilməsi, beynəlxalq aləmdə Azərbaycanla bağlı obyektiv informasiyanın yayılmasında göstərilən xidmətlərə, Azərbaycan dilinin və mədəniyyətinin xarici ölkələrdə təbliğinə verilən töhfəyə, Azərbaycan Respublikasının beynəlxalq aləmdə ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafında səmərəli fəaliyyətinə görə təltif olunacaqlar.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: MM   Medal  





Xəbər lenti