Erməni məmurun bacısı işdən qovuldu, ailəsi təqib olunur

  18 Oktyabr 2019    Oxunub : 1895
Erməni məmurun bacısı işdən qovuldu, ailəsi təqib olunur
Ermənistanın Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyanın ailə üzvlərinə qarşı təqiblər başlayıb.
Azvision.az xəbər verir ki, onun bacısı “Ayna” mətbuat klubunun rəhbəri, teleaparıcı Anjela Tovmasyanın “Kentron” telekanalındakı fəaliyyətinə xitam verilib.

Bununla bağlı "Facebook" səhifəsində açıqlama verən A.Tovmasyan deyib ki, kanaldakı “Güzgü qarşısında” müəllif proqramı bir neçə həftədir yayımlanmır: “Bu, mənim təşəbbüsümlə deyil. Niyə baş verdiyini şərh etmək və qiymətləndirmək istəmirəm. Düşünürəm ki, hər şey aydındır. Elə alındı ki, bizim ailəmiz "sevgi və həmrəylik in hədəfinə çevrildi, amma bunu şikayət deyil, bir fakt olaraq bildirirəm. “Kentron” TV-də fəaliyyətimə xitam verildi”.

Onun sözlərinə görə, hər bağlanan səhifə yenisini açmaq üçün şərtdir: “Deyə biləcəyin, edə biləcəyin bir şey varsa, həmişə bunu etmək üçün yol tapacaqsan”.

Daha əvvəl erməni KİV-lər yazmışdılar ki, Anjela Tovmasyanın müəllifi olduğu "Güzgü qarşısında" müəllif proqramı hakimiyyəti tez-tez tənqid etdiyi üçün bağlanacaq. Məlumata görə, veriliş məhz hökumət nümayəndələrinin tələbi ilə fəaliyyətini dayandırıb.

Qeyd edək ki, baş nazir Nikol Paşinyanın sifarişi əsasında Konstitusiya Məhkəməsinin sədri Tovmasyana qarşı ittihamlar irəli sürülüb.

P.Sultanova
Azvision.az

Teqlər: Ermənistan   Məhkəmə