Əli Kərimli qəsdən bu cinayəti gizlədib

   Əli Kərimli qəsdən bu cinayəti gizlədib
  18 Oktyabr 2019    Oxunub:2467
Fuad Qəhrəmanlı xalqımızın dəyərlərinə hörmətsizlik edib.

Yetkinlik yaşına çatmayan qızlarına, eləcə də həyat yoldaşına qarşı zorakılıq edərək onlara iztirablar verməsi barədə doğma qızının sosial şəbəkə hesabında və kütləvi informasiya vasitələrində yayılan məlumatlar geniş ictimai rezonansa səbəb olub. Məlumatda Fuad Qəhramanlının təxminən 40 dəfə öz ailəsinə qarşı zorakı hərəkətlər etməsi qeyd edilib.
Fuad Qəhramanlının üzdəniraq hərəkətlərini öz övladları yayaraq atalarının hansı əqidədə olduğunu haqlı olaraq nümayiş etdirdilər. Əziz oxuculara bir məsələni də bildirmək istərdim.

Fuad Qəhrəmanlı siyasi iddiası olan, hakimiyyəti dəyişib onun yerinə keçmək istəyən bir partiyanın sədr müavinidir. Sabah 100 minlərlə Selcan kimi uşağın taleyi ilə bağlı qərar vermək mexanizminə və gücə sahib olmaq iddiasındadır. Belələrinin əlində indi sadəcə fiziki gücü var və şəxsi mənfəəti üçün bundan doğma övladına qarşı istifadə edib. Sabah əllərində hakimiyyət gücü olsa, o zaman nələr edəcəyini bir düşünün.
Radikal xasiyyəti və əməlləri ilə ,xarici havadarlarını sevindirməyə çalışan Fuad Qəhramanlı və onun kimiləri cəmiyyətimizdə bir ünsürdür.Bu istiqamətdə olan ,qara fikirli insanlara qarşı ciddi mübarizə aparmalıyıq.Bir gənc tarixçi kimi qeyd etməliyəm ki,Fuad Qəhramanlı simasında olanların əsas məqsədi mövcud sabitliyi pozmaq və bundan şəxsi maraqları naminə istifadə etməkdir.

Bu gün haqlı olaraq Azərbaycan Prokurorluğu Fuad Qəhramanlının əməllərinə hüquqi qiymət verərək cinayət işi açıb. Bir daha qanun onu göstərir ki, öz ailəsinə zorakılıq etmiş şəxs etdiyi əməllərinə görə cavab verməlidir.

Ailə başçısı həyat yoldaşına,yetkinlik yaşına çatmayan övladlarına dəfələrlə zorakılığa məruz qoyursa buna nə ad vermək olar?Axı bu məlumatı öz ailəsi bildirib.

Bu məqamda Fuad Qəhramanlının özünə oxşar müdafə edənləri peyda olub.Ən dəhşətli məqam isə bundan ibarətdir ki, F.Qəhramanlının saxta lideri Əli Kərimlinin bu ailə zorakılığını əvvəlcədən bilməsi olub.Xalqa xidmətdən uzaq,xarici dairələrin əlaltısı olan Ə.Kərimli bir ailə münaqişəsin həll edə bilməyibsə,baxın bu insan nə qədər separat əməllər sahibidir.

Əli Kərimli və Fuad Qəhrəmanlını birləşdirən ortaq cəhətlərdən biri də zorakılıq, qadın hüquqlarına sayğısızlıqdır. Ən dəhşətlisi Əli Kərimlinin bu barbarlığa özünə xas şəkildə göz yumması, hətta ailə psixoloqluğu etməyə can atmasıdır!

Və bu cinayəti bilərəkdən gizlədib. Belə pirimitiv düşüncə sahiblərini müdafiə edənlər bir başa ailə zorakılığına dəsdək vermiş olurlar.Tarixən bizim şərəfli ailə və ona hörmət ənənənəsi mövcuddur. Öz ailəsinə hörmət etməyən F.Qəhramanlı eyni zamanda xalqımızın dəyərlərinə də hörmətsizlik edib.

Əziz oxucular öz ailəsin idarə edə bilməyən bir şəxsin böyük arzuları sizcə cəmiyyətə müsbət nə verə bilər?

Əlbətdə heç nə. Saxta xalq çağrışının pərdəarxası xəyanətini də hər birimiz görəcəyik Fuad Qəhramanlı timsalında…

Azvision.az


Teqlər: Müxalifət  





Xəbər lenti