Terrorçuların böyük silah anbarı ələ keçirilib
Azvision.az “CNN Türk”ə istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin Suriya Milli Ordusu ilə birgə apardığı "Barış pınarı" əməliyyatı çərçivəsində bu şəhərlər terrorçulardan azad edilib.
Həmçinin, ərazidə yeni tunellər aşkarlanıb. Tapılan tunel sayının 70, cəmi tunellərin sayının isə 300 olduğunu açıqlanıb. Belə ki, hər 10 evdən 2-də tunelin olduğu müəyyən edilib. Terrorçular bu tunellər vasitəsilə özlərinə hərəkət sahəsi yaradıblar.
Nəzarətin təmin olunduğu ərazilərdə təhlükəsizliyi artırmaq və həyatı normal vəziyyətə gətirmək üçün partlayıcı qurğulardan təmizləmə işləri aparılıb.
P.Sultanova
Azvision.az