ABŞ və Türkiyə razılığa gəldi - Suriyada atəşkəs elan edilir

 ABŞ və Türkiyə razılığa gəldi  - Suriyada atəşkəs elan edilir
  18 Oktyabr 2019    Oxunub:4319
Türkiyə və ABŞ arasında Suriyada atəşkəslə bağlı razılıq əldə olunub.
Azvision.az xəbər verir ki, bu gün paytaxt Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın vitse-prezidenti Maykl Penslə görüşüb.

Mətbuata qapalı keçirilən görüş 4 saat 20 dəqiqə davam edib. Tərəflər arasında Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi "Barış pınarı" antiterror əməliyyat ilə bağlı müzakirələr aparılıb.

Kritik danışıqlardan sonra açıqlama verən M.Pens Suriyada atəşkəs barədə qərar qəbul edildiyini, YPG terror təşkilatının 5 gün ərzində bölgədən geri çəkiləcəyini bəyan edib. Terrorçuların Suriyanın şimalından çıxarılacağı təqdirdə Türkiyə hərbi əməliyyatı dayandıracağına söz verib.

ABŞ prezidenti Donald Tramp "Twitter"dəki səhifəsində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana təşəkkürünü bildirib.

"Türkiyədən gözəl xəbərlər var, Ərdoğana təşəkkürlər, milyonlarla həyat xilas ediləcək", - deyə Tramp yazıb.

Azvision.az



Teqlər: Türkiyə   Suriya  





Xəbər lenti