Şirvanda ağır yol qəzası baş verib

Şirvanda ağır yol qəzası baş verib
  17 Oktyabr 2019    Oxunub:4860
Şirvan şəhərində “VAZ” markalı minik avtomobili ilə “Mercedes” markalı mikroavtobus toqquşub.
Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “VAZ” markalı minik avtomobilində müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az



Teqlər: FHN   Xilasetmə   Qəza  





Xəbər lenti