Müdafiə naziri Çinə səfər edəcək

 Müdafiə naziri Çinə səfər edəcək
  17 Oktyabr 2019    Oxunub:1558
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Çin Xalq Respublikası Dövlət Şurasının üzvü, ÇXR Milli Müdafiə naziri general-polkovnik Vey Fenxenin dəvəti ilə Pekin şəhərinə gedəcək.
Bu barədə Azvision.az -a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

İşgüzar səfər çərçivəsində Müdafiə nazirinin ÇXR-nın hərbi-siyasi rəhbərliyinin rəsmiləri ilə görüşləri planlaşdırılır.

Azvision.az



Teqlər: MN   Çin  





Xəbər lenti