Müdafiə naziri həmsədrlərlə Qarabağı müzakirə etdi

   Müdafiə naziri həmsədrlərlə Qarabağı müzakirə etdi
  17 Oktyabr 2019    Oxunub:1580
Oktyabrın 17-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Endrü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik ilə görüşüb.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, görüşdə qoşunların təmas xəttində, Ermənistan-Azərbaycan dövlət sərhədi, xüsusilə cəbhənin Qazax istiqamətindəki son vəziyyət və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.

Azvision.az


Teqlər: Nazir   Görüş   Həmsədr  





Xəbər lenti