Almaniyanın deputatları Azərbaycana gəlir

 Almaniyanın deputatları Azərbaycana gəlir
  17 Oktyabr 2019    Oxunub:2008
Almaniya Bundestaqının nümayəndə heyəti Azərbaycana səfər edəcək.
Azvision.az -ın əldə etdiyi məlumata görə, səfər 28-30 oktyabr tarixlərində baş tutacaq.

Səfərin məqsədi Almaniya Bundestaqının Beynəlxalq Parlament Təqaüd proqramı (İPS) üçün Azərbaycandan olan namizədləri seçməkdir. Nümayəndə heyətinə Bundestaqın deputatı Yan Metsler rəhbərlik edəcək.

Qeyd edək ki, İPS proqramı çərçivəsində dünyanın 44 ölkəsindən 120 təqaüdçü 1 mart - 31 iyul 2020-ci il tarixinədək Almaniya Bundestaqı tərəfindən tam maliyyələşdirilən təqaüd çərçivəsində Almaniyanın parlamentar sistemi ilə tanış olmaq imkanı əldə edirlər.

Azvision.az


Teqlər: Almaniya   Parlament   Səfər  





Xəbər lenti