“Bizi sosial partlayışla qorxudurlar” – Bahar Muradova

“Bizi sosial partlayışla qorxudurlar” – Bahar Muradova
  11 Dekabr 2013    Oxunub:990
“Azərbaycan hökuməti ehtiyacı olan təbəqələrin problemlərinin həlli üçün də çox ciddi addımlar atacaq və siz bunu qarşıdakı dönəmdə görə biləcəksiniz.”

Milli Məclisin sədr müavini, millət vəkili Bahar Muradova benzinin qiymət artımından danışıb. AzVision.az-ın verdiyi məlumata görə, jurnalistlərə açıqlamasında millət vəkili bildirib ki, Azərbaycan hökuməti nə etməli olduğunu çox gözəl bilir və bunu zaman-zaman da sübut edib:

“ Bizi belə hadisələr ərəfəsində və belə hallar baş verdikdən sonra sosial partlayışla, gərginliyin olacağı ilə çox qorxutmağa çalışırlar və ictimaiyyəti bir növ çaşdırmağa çalışıblar. Bunlar da heç zaman təsdiq olunmayıb və öz təsdiqini tapmayıb. Azərbaycan çox böyük sürətlə və dinamik şəkildə inkişaf edir və iqtisadiyyatı dünya iqtisadiyyatının tərkib hissəsidir. Dünyada gedən proseslərdən kənarda qalmaq mümkün deyil və onun tendensiyalarını da mütləq nəzərə almaq lazımdır. Biz qapalı dövlət deyilik, açıq dövlətik. Ona görə də istər qiymət artımı və ya qiymət artımındnan sonra yarana biləcək proseslərin qarşısının alınması, ehiyacı olan təbəqələrin maraqlarının nəzərə alınması ilə bağlı Azərbaycan hökuməti tərəqqi addımlarını atıb və prosesləri həm önləmək həm də nəticələrinin daha zərərsiz keçməsi üçün lazım olan siyasəti yeridə bilib”-, deyə B.Muradova əlavə edib.

Vitse-spiker qiymət artımı ilə bağkl Azərbaycan xalqına müraciət edib: “Mən öz hökumətimizə inanıram, sizin vasitənizlə də Azərbaycan vətəndaşına müraciət edirəm ki, heçnədən narahat olmayın, heç bir sosial partlayış bizi gözləmir. Azərbaycan hökuməti ehtiyacı olan təbəqələrin problemlərinin həlli üçün də çox ciddi addımlar atacaq və siz bunu qarşıdakı dönəmdə görə biləcəksiniz.”

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti