“Hazırlıq qrupunda təhsil alan oğlanlar hərbi xidmət çəkməlidir” - Rəsmi

   “Hazırlıq qrupunda təhsil alan oğlanlar hərbi xidmət çəkməlidir” -    Rəsmi
  17 Oktyabr 2019    Oxunub:1706
Qanunvericiliyə əsasən, ali təhsil müəssisələrində hazırlıq qrupları səviyyəsində təhsil alan oğlanların əsgərlikdən möhlət hüququnun olmasına dair hər hansı bir norma yoxdur.
Azvision.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirilən mətbuat konfransında Təhsil naziri Ceyhun Bayramov bildirib. Nazir
qeyd edib ki, hazırlıq qrupunda təhsil alan oğlanlar hərbi xidmət çəkməlidir.

"Bakalavriat və magistraturaya qəbul olan tələbələr möhlət hüququ qazanırlar. Hazırlıq qruplarının təşkil edilməsi üçün ali təhsil müəssisələrinə maraqlı tələbələr tərəfindən müraciətlər olunmalıdır. Nazirlər Kabinetinin qərarına əsasən, normativlərə uyğun olaraq ali təhsil müəssisələri hazırlıq qruplarını təşkil edə bilərlər".

Hazırlıq qrupları ilə bağlı təhsil haqqı məsələsinə gəldikdə isə nazir bildirib ki, bu, dövlət tərəfindən tənzimlənmir.

"Çünki burada dövlət sifarişi hazırlıq qrupu ilə bağlı deyil. Deməli, ödənişli əsasla həyata keçirilir. Ödənişli əsasla həyata keçirildiyi üçün təhsil haqqı təhsil müəssisələri tərəfindən müəyyən edilir".

Aytən Zəhra
Azvision.az


Teqlər: Ceyhun-Bayram  





Xəbər lenti