“İbtidai sinif şagirdləri üçün həftəlik dərs yükü çoxdur” - Nazir

 “İbtidai sinif şagirdləri üçün həftəlik dərs yükü çoxdur” -    Nazir
  17 Oktyabr 2019    Oxunub:2055
"Məktəblərdə dərsliklərin fərqli istifadə müddətinin tətbiqi üzərində iş aparılır".
Azvision.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirdiyi mətbuat konfransında deyib. Nazir bildirib ki, bu məsələ aidiyyəti dövlət qurumları ilə razılaşdırılır.

"Hesab edirik ki, bəzi dərsliklərin, xüsusilə ibtidai sinif şagirdləri üçün dərsliklərin həftəlik dərs yükü çoxdur. Amma elə dərsliklər var ki, onlar daha az istifadə olunur. Sinif səviyyəsi və dərs yükü nəzərə alınmaqla müxtəlif müddət üçün istifadə müddəti olan dərsliklərin çapı barədə düşünürük. Hesab edirəm ki, bu, dərsliklərin daha yaxşı qalmasına xidmət edəcək".

Aytən Zəhra
Azvision.az


Teqlər: Təhsil   Nazir  





Xəbər lenti