Köməksiz vəziyyətdə qalan 5 nəfər xilas edilib

Köməksiz vəziyyətdə qalan 5 nəfər xilas edilib
  17 Oktyabr 2019    Oxunub:1321
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı və Nəsimi rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, dərhal çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 2 nəfərin liftdən çıxarılması təmin edilib.

Digər məlumata əsasən, Sumqayıt şəhərində üç nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri ikisi azyaşlı olmaqla 3 nəfərə köməklik göstərib.

Azvision.az



Teqlər: FHN   Kömək  





Xəbər lenti