Aydın Bəşirovun adı ailə QALMAQALINDA

Aydın Bəşirovun adı ailə QALMAQALINDA
  11 Dekabr 2013    Oxunub:1894
Xəzər Dəniz Dövlət Gəmiçiliyi İdarəsinin (CASPAR) keçmiş rəisi Aydın Bəşirov ətrafında qalmaqal səngimək bilmir. Onun rəhbərliyi zamanı CASPAR-da yol verildiyi iddia edilən nöqsanlar, özbaşnalıq halları mətbuat səhifələrində geniş işıqlandırlır, A.Bəşirova qarşı ittihamlar irəli sürülür.

CASPAR-la bağlı bu yaxınlarda redaksiyamızda adının hallanmasını istəməyən oxucu tərəfindən ilginc məktub daxil olub. Oxucunun məktubunda Xəzər Dəniz Dövlət Gəmiçiliyi İdarəsində əxlaqsızlıq hallarının mövcud olduğu iddia edilir.

Oxucunun sözlərinə görə, CASPAR-ın tabeliyində olan gəmilərdə uzun səfərlər zamanı aşpaz xanımlarla gəmi kapitanları kef məclisləri təşkil edir, eyş-işrətlə məşğul olurlar. Oxucu gənc ailəsinin məhz bu əxlaqsız hərəkətlərə görə dağıldığını deyib.

Sözügedən məktubu olduğu kimi təqdim edirik:

“Hörmətli sayt dənizçi ailələri adından xahiş edirəm bu məktubumu araşdırasınız. Həyat yoldaşım dənizçidir. Uzun müddət səfərlərdə olur. Ailə artıq dağılmaz üzrədir. Buna səbəb isə gəmilərdə aşpaz xanımlarla dənizçilərin əxlaqsız davranışlarıdır. Orada çalışan xanım aşpazların əksəriyyəti kapitanlarla eşqbazlıq edirlər. Mənim ailəmdə bu üzdən dağılır. CASPAR rəybərliyi isə bu hallara göz yumur. Heç olmasa siz köməklik edin. Bəlkə bu biabırçılığa son qoyular. Yaşlı qadın, kişi aşpazlar daha bacarıqlı olduqları halda kapitanlar özləri ilə cavan qadın aparmağı üstün tuturlar. Mənim ailəm artlıq dağılmaq üzrədir. Sizin sayənizdə bəlkə Rauf müəllim bir qayda-qanun yaradar“.

Məktubdan sonra ittihamların doğru olub-olmamasını araşdırmağa çalışdıq. İlk öncə Xəzər Dəniz Gəmiçiliyi QSC-nin mətbuat xidmətinin rəhbəri Vüqar Sadıqov ilə əlaqə saxladıq. Ondan məsələyə münasibət bildirməsini xahiş etdik.



Mətbuat xidmətinin rəsmisi belə bir halı birinci dəfə eşitdiyini, yalan məlumat olduğunu dedi.

“Bu daha çox şər böhtan, qarayaxma xarakterli məlumatdır. Belə bir halı birinci dəfə sizdən eşidirəm. Mən bilən bizdə gənc aşpazların sayı o qədər də çox deyil ki, bu cür şey baş versin. Eyni zamanda kiməsə, bir nəfərə görə hamının adına qara yaxmaq olmaz.”

V. Sadıqov məsələ ilə bağlı Kadrlar Şöbəsinin müdiri Rövşən İmamverdiyev ilə əlaqə saxlamağımızı məsləhət gördü. R. İmamverdiyevə dəfələrlə zəng edib əlaqə saxlamaq istəsək də onunla danışmaq mümkün olmadı .

Oxucunun məktubunu araşdırmaq üçün bir neçə dənizçi ilə söhbətləşdik. Onlar gəmidə çalışan insanların şəxsi həyatına müdaxilə etməyin etik olmadığını bildirsələr də işçilər arasında şəxsi münasibətlərin ola bilməsinin normal hesab edirlər:

“İşlədiyi yerdən aslı olmayaraq kimlərinsə şəxsi münasibətdə olması onların öz işləridir. Bunu əxlaqsızlıq kimi qiymətləndirmək olmaz axı. Kiminsə kimdənsə xoşu gəlirsə, yaxın əlaqələri varsa, buna rəhbərlik necə qarışsın. Təbii ki, iş vaxtı belə hal ola bilməz. Olsa da rəhbərlik həmin işçiləri ciddi cəzalandırar”-deyə bildirdilər.

Şahanə RƏHİMLİ


Teqlər:  





Xəbər lenti