Naxçıvanda 19 qanunsuz miqrant saxlanılıb

  17 Oktyabr 2019    Oxunub : 827
 Naxçıvanda 19 qanunsuz miqrant saxlanılıb
Naxçıvan Muxtar Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər sentyabr ayında da davam etdirilib.
Azvision.az xəbər verir ki, xidmət tərəfindən muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan 19 əcnəbi aşkarlanaraq Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq barələrində müvafiq tədbirlər görülüb.

Ötən ay Dövlət Miqrasiya Xidmətinə, ümumilikdə, 1209 müraciət daxil olub. Daxil olan müraciətlərdən 374-ü əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi, eləcə də vətəndaşlıq məsələləri ilə bağlı olub.

Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən araşdırılıb, müvafiq qərarlar qəbul edilib. Sentyabr ayında olduğu yer üzrə qeydiyyatla bağlı 835 müraciət qeydə alınaraq icrası təmin olunub, həmin müraciətlərdən 269-u elektron xidmətlər portalı və elektron poçt üzərindən qəbul edilib, maarifləndirmə tədbirləri aparılıb.

Azvision.az

Teqlər: Naxçıvan   Miqrasiya