Türkiyə ordusu 673 terrorçunu zərərsizləşdirib

 Türkiyə ordusu 673 terrorçunu zərərsizləşdirib
  17 Oktyabr 2019    Oxunub:1987
Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında apardığı “Barış pınarı” əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 673 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter” səhifəsində məlumat açıqlanıb.

"Fərat çayının şərqindəki “Barış pınarı” əməliyyatında zərərsizləşdirilən PKK / YPG terrorçularının sayı 673 nəfər oldu", - deyə nazirlik bəyan edib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında “Barış pınarı” əməliyyatına başlayıb.

P.Sultanova
Azvision.az



Teqlər: Suriya   PKK   Türkiyə  





Xəbər lenti