Arvadını və qayınanasını öldürüb yandırdı - Bakıda dəhşətli cinayət

  Arvadını və qayınanasını öldürüb yandırdı -    Bakıda dəhşətli cinayət
  17 Oktyabr 2019    Oxunub:2783
Binəqədi rayonunda dəhşətli qətl hadisəsi baş verib.
Azvision.az APA-ya istinadən xəbər verir ki, hadisə Alıbəyli küçəsi 22 ünvanında qeydə alınıb. Belə ki, 1971-ci il təvəllüdlü Vaqif Hüseynov bibisi qızı olan həyat yoldaşı, 40 yaşlı Təranə İsmayılovanı bıçaqlayıb. Daha sonra V. Hüseynov 85 yaşlı bibisini - qayınanasını bıçaqlayıb.

Hər iki şəxs hadisə yerində ölüb. Qətli törədən V.Hüseynov hər iki meyitin üzərinə neft tökərək onları yandırıb.

Özü isə hadisə yerindən qaçarkən “Azadlıq” prospektində onu sərnişin avtobusu vurub. V.Hüseynov 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerində araşdırma aparır.

Azvision.az



Teqlər: Qətl   Binəqədi   Arvad   Qayınana  





Xəbər lenti