“Hər birimiz bu vəhşiliyə qarşı mübarizə aparmalıyıq” - ETSN rəsmisi

“Hər birimiz bu vəhşiliyə qarşı mübarizə aparmalıyıq” -    ETSN rəsmisi
  16 Oktyabr 2019    Oxunub:1808
Xəzərdə, bütün su hövzələrində balıqların qadağan olunmuş sintetik torlarla, elektrik cərəyanları ilə ovlanması cinayətdir. Qadağan olunmuş bu cür alətlərdən istifadə edənlər təbiət düşmənləridir. Çünki balıqları bu cür vəhşicəsinə ovlayanlara ancaq belə ad vermək olar. Düşünürəm ki, bu hal hər kəsi narahat etməlidir.
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

“Həmin torların flora və faunaya, ətraf mühitə mənfi təsirləri hesaba gəlməyəcək dərəcədə böyükdür. Belə ki, onlar balıqların kütləvi məhvinə səbəb olmaqla yanaşı, təbii yolla çürüyüb parçalanmır, torpağa qarışmır və uzun müddət tullantı kimi qalaraq sututarları və ətraf mühiti çirkləndirir. Ona görə də onların istifadəsinə son qoyulmalıdır. Bu bir cinayət əməlidir! Doğrudur, hüquq mühafizə orqanları bununla bağlı tədbirlər görür, lakin hazırda həmin üsullarla balıq ovlayanların ictimaiyyət tərəfindən qınanması da təsirli bir vasitədir. Hər birimiz əl-ələ verib bu vəhşiliyə qarşı mübarizə aparmalıyıq ki, təbiət düşmənləri necə qəddar və günah bir işlə məşğul olduqlarından utansınlar.

Biz balıqların qadağan olunmuş ov alətləri ilə, sintetik torlarla, elektrik cərəyanları ilə ovlanmasının aradan qaldırılması və həmin torların yığışdırılması üçün dənizdə, ümumiyyətlə, bütün su hövzələrində və sahillərdə aksiyalara başladıq. Balıqları məhv edənlər bundan xəbərdar olsunlar”, - deyə ETSN rəsmisi qeyd edib.

Azvision.az


Teqlər: ETSN  





Xəbər lenti