“Soyqırım görmək istəyən varsa, Qarabağda baş verənlərə baxsın” - Ərdoğan

   “Soyqırım görmək istəyən varsa, Qarabağda baş verənlərə baxsın” -    Ərdoğan
  16 Oktyabr 2019    Oxunub:4078
“Soyqırım görmək istəyən Dağlıq Qarabağda baş verənlərə baxsın”
Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında deyib.

Ərdoğan çıxışında ölkəsinə və xalqına qarşı ayrı-seçkilik edən qüvvələri tənqid edib. Türkiyə ordusunun Suriyanın şimalında həyata keçirdiyi "Barış pınarı" əməliyyatının mahiyyətindən danışan Ərdoğan diqqətə çatdırıb ki, türklər tarixin heç bir dövründə dinc əhaliyə qarşı zorakılıq etməyib.

Türkiyə lideri “soyqırım görmək istəyən varsa, Dağlıq Qarabağda baş verənlərə baxsın”, deyərək dünyanın ayrı-ayrı ölkələrində müsəlmanlara və türklərə qarşı törədilən cinayətləri yada salıb.

Azvision.az



Teqlər: Ərdoğan   Qarabağ  





Xəbər lenti