Ərdoğan Bakı görüşü barədə: “Artıq beş dövlət, bir millətik”
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının qrup toplantısında Bakıda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Zirvə Görüşü barədə danışarkən deyib.
“Bakıda dövlət başçısları ilə ortaq gündəmin aktual məsələlərini müzakirə etdik. Özbəkistan Türk Şurasının tamhüquqlu üzvü olaraq aramıza qatılmışdı. Macarıstanın qurumda müşahidəçi status alması və bu ölkədə Şuranın ofisinin açılması Avropanın içində də Türk Şurasının bir mərkəzinin olması deməkdir”, deyə Ərdoğan vurğulayıb.
Prezident əlavə edib ki, Türk Şurasının 8- ci Zirvə görüşü Türkiyənin ev sahibliyi ilə keçiriləcək.
P.Sultanova
Azvision.az
Teqlər: Türk-Şurası