Heydər Əliyev Fondu şəhidin qardaşına yardım etdi

 Heydər Əliyev Fondu şəhidin qardaşına yardım etdi
  16 Oktyabr 2019    Oxunub:2072
2017-ci ildə Azərbaycan-Ermənistan təmas xəttində düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olan mayor Aqşin Abdullayevin qardaşı Aqil Abdullayev Türkiyədə əməliyyat olunub.

Azvision.az -ın məlumatına görə, şəhidin qardaşı bir müddət əvvəl avtoqəza nəticəsində sağlamlığını itirib.
A.Abdullayevin səhhətində yaranan problemi aradan qaldırmaq üçün onu Türkiyəyə aparıblar. O, Ankara şəhərində yerləşən Hacəttəpə xəstəxanasında cərrahi əməliyyat olunub.

Qeyd edək ki, A.Abdullayevin əməliyyat xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürüb.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Şəhid   AqşinAbdullayev   Qardaş  





Xəbər lenti