Ermənistanda polisə hücumun təfərrüatları - Öz silahı ilə vurulub

  16 Oktyabr 2019    Oxunub : 1240
Ermənistanda polisə hücumun təfərrüatları - Öz silahı ilə vurulub
İrəvanda oktyabrın 16-na keçən gecə bir polisi öldürən, digərinə isə ağır bədən xəsarətləri yetirməkdə şübhəli bilinən şəxlər saxlanılıb.
Azvision.az “aysor.am”a istinadla xəbər verir ki, saxlanılanlar 16 və 18 yaşları olan iki qardaşdır.

Xatırladaq ki, hadisə Azadlıq küçəsində baş verib. Gecə əraziyə nəzarət edən polislər iki şübhəli şəxsi görüb və onları təqib etməyə başlayıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəliləri saxlamağa müvəffəq olsalar da, həmin şəxlərdən biri saxlanılarkən atəş açıb, nəticədə polislərdən biri, 1981-ci il təvəllüdlü Tiqran Arakelyan ölüb. Ağır xəsarətlər alan 1994-cü il təvəllüdlü A.Akopyan isə xəstəxanaya yerləşdirilib.

Ermənistan polisinin rəisi vəzifəsini icra edən Arman Sarkisyan xəstəxanada yaralı polisə baş çəkib. O deyib ki, yaranan dava nəticəsində həmin şəxslərdən biri polisin xidməti silahını ələ keçirib və ona atəş açıb. Silah hələ tapılmayıb.

“Polisə əl qaldıran dövlətə əl qaldırır. Bu cür insanlar qanunlara uyğun olaraq sərt şəkildə cəzalandırılacaqlar" - Sarkisyan deyib.

P.Sultanova
Azvision.az

Teqlər: Ermənistan   Polis   Hücum