Sumqayıtda piyadanı öldürüb qaçan sürücü tapıldı

Sumqayıtda piyadanı öldürüb qaçan sürücü tapıldı
  16 Oktyabr 2019    Oxunub:2349
Oktyabrın 14-də saat 20 radələrində Stansiya Sumqayıt qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Ramazan Quliyev vurulub və o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Baş İstintaq və Təhqiqat İdarəsi və Sumqayıt ŞPİ 5-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ölümlə nəticələnmiş yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Opel” markalı avtomobilin sürücüsü, Bərdə rayon sakini F.Babayeva saxlanılıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti