Həmsədrlər Qarabağa səfər ediblər

 Həmsədrlər Qarabağa səfər ediblər
  16 Oktyabr 2019    Oxunub:1881
ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endrü Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər ediblər.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, onlar Qarabağdakı separatçı rejimin lideri Bako Saakyanla görüşüblər. Görüşdə Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər, Ermənistan-Azərbaycan sərhəddindəki vəziyyət müzakirə olunub.

Qeyd edək ki, həmsədrlər daha əvvəl Ermənistanda olub. Onların Azərbaycana da səfərləri planlaşdırılıb.

P.Sultanova
Azvision.az


Teqlər: Qarabağ   Həmsədrlər  





Xəbər lenti