Ərdoğan Putinin dəvətilə Rusiyaya gedir

   Ərdoğan Putinin dəvətilə Rusiyaya gedir
  16 Oktyabr 2019    Oxunub:2223
Ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub. Tərəflər telefon söhbətində bir sıra vacib məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Putin türkiyəli həmkarını yaxın günlərdə Rusiyaya işgüzar səfərə dəvət edib.
Azvision.az -ın məlumatına görə, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ərdoğanın Rusiyaya səfərini istisna etməyib.

O, jurnalistlərə açıqlamasında bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabr ayının sonuna qədər Rusiyaya səfər edə bilər. Hazırda səfərin dəqiq tarixi razılaşdırılmayıb.

Azvision.az



Teqlər: Putin   Ərdoğan   Rusiya  





Xəbər lenti