İrəvanda polis iş başında qətlə yetirilib

İrəvanda polis iş başında qətlə yetirilib
  16 Oktyabr 2019    Oxunub:2721
İrəvanda oktyabrın 16-na keçən gecə polis əməkdaşı vəzifəsini icra edərkən qətlə yetirilib.

Azvision.az “Sputnik-Ermənistan”a istinadən xəbər verir ki, hadisə Azadlıq küçəsində baş verib. Gecə əraziyə nəzarət edən polislər iki şübhəli şəxsi görüb və onları təqib etməyə başlayıblar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəliləri saxlamağa müvəffəq olublar, lakin həmin şəxlərdən biri saxlanılarkən atəş açıb, nəticədə bir polis əməkdaşı ölüb. Digərinə isə ağır bədən xəsarətləri yetirilib. Yaralı və ölən polis əməkdaşı tibb mərkəzinə yerləşdirilib.

Hadisə yerinə Ermənistan polisinin rəisi vəzifəsinin icraçısı, eləcə də digər yüksək vəzifəli şəxslər gəliblər.

P.Sultanova
Azvision.az


Teqlər: İrəvan   Qətl  





Xəbər lenti