Bakıda üstünə ağac düşən 3 qadın xəsarət alıb

 Bakıda üstünə ağac düşən 3 qadın xəsarət alıb
  16 Oktyabr 2019    Oxunub:2006
Bakının Yasamal rayonunda ağacın budaqları qırılaraq dayanacaqda gözləyən 3 qadının (67, 53 və 38 yaş) üstünə düşüb.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, hadisə yerinə gələn Təcili Tibbi Yardım briqadası yaralıları Kliniki Tibbi Mərkəzə çatdırıb.

Yaralılardan birinə kəllə-beyin travması, digər ikisinə onurğanın küt travması diaqnozu qoyulub. Bütün xəstələrə tibbi yardım göstərilib. Onların bir neçə saata ambulator müalicə üçün evə buraxılacağı gözlənilir.

Aytən Zəhra
Azvision.az



Teqlər: Nazirlik   Dayanacaq   Ağac   Xəstəxana   Qadın  





Xəbər lenti