Milli Məclisdə türk iş adamları ilə görüş olub

Milli Məclisdə türk iş adamları ilə görüş olub
  15 Oktyabr 2019    Oxunub:1660
Oktyabrın 15-də ölkəmizdə səfərdə olan Dünya Türk İş Şurasının nümayəndə heyəti Milli Məclisdə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri ilə görüşüb.
Azvision.az xəbər verir ki, komitənin sədri Ziyad Səmədzadə türk dünyasının siyasi və iqtisadi qüdrətinin gündən-günə artmasından qürur duyduğunu bildirib. O deyib ki, Türkiyədə azərbaycanlı iş adamları, Azərbaycanda isə türk iş adamları uğurla fəaliyyət göstərirlər. Artıq Türkiyə və Azərbaycan iş adamları birlikdə üçüncü dövlətlərdə iş qurur, taleyüklü məsələlərdə bir-birilərini müdafiə edirlər. Prezident İlham Əliyevin də dediyi kimi, “bir millətin iki diasporu olmaz” fikri həyatda öz təsdiqini tapmaqdadır. Deputatlar da çalışırlar ki, qanunvericilik sahəsində iş adamları üçün heç bir problem olmasın, onlar rahatlıqla fəaliyyət göstərə bilsinlər.

Dünya Türk İş Şurasının nümayəndə heyətinin rəhbəri Halim Mete türk dünyasının böyük iqtisadi potensiala malik olduğunu deyib və Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsinin artırılmasının vacibliyini diqqətə çatdırıb. Qeyd olunub ki, Türkiyə vətəndaşları üçün viza rejiminin ləğv olunması ikitərəfli əməkdaşlığın daha da inkişafına böyük töhfədir.

Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə də fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclisin deputatları Vahid Əhmədov, Əli Məsimli, Şəmsəddin Hacıyev, Aydın Hüseynov, Tahir Mirkişili, Rüfət Quliyev, Mahir Abbaszadə və digər şəxslər iştirak ediblər.

Azvision.az


Teqlər: Milli-Məclis   İş-adamı   Türkiyə  





Xəbər lenti