Çavuşoğlu ilə Pompeo arasında “Barış pınarı” müzakirəsi

 Çavuşoğlu ilə Pompeo arasında “Barış pınarı” müzakirəsi
  15 Oktyabr 2019    Oxunub:1956
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ-ın dövlət kabiti Mayk Pompeo arasında telefon danışığı olub.
Azvision.az "RİA-Novosti"yə istinadən xəbər verir ki, tərəflər Türkiyənin Suriyada apardığı “Barış pınarı” əməliyyatını və bununla əlaqədar ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaları müzakirə ediblər.

İki ölkənin xarici siyasət idarələrinin rəhbərləri Suriyada Türkiyənin başlatdığı əməliyyatlardan sonra artıq ikinci telefon danışığını keçiriblər.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp əməliyyatlara görə Türkiyəyə sanksiya tətbiq edib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Türkiyə   ABŞ   XİN  





Xəbər lenti