Bakı polisi: "Razılaşdırılmayan siyasi aksiyanın qarşısı alınacaq”

    Bakı polisi:    "Razılaşdırılmayan siyasi aksiyanın qarşısı alınacaq”
  15 Oktyabr 2019    Oxunub:1721
“Qanunvericiliyə uyğun olaraq, paytaxtda Bakı Şəhər İcra Hakimiyyətilə razılaşdırılmayan istənilən siyasi aksiyanın, yaxud mitinqin qarşısı tərəfimizdən qətiyyətlə alınacaq”.
Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Azvision.az -a bildirib ki, yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsi qanunla müəyyən edilib.

Belə ki, polis yalnız qanunvericilik çərçivəsində paytaxtda hüquq qaydasının təmin olunmasında üzərinə düşən vəzifələri həyata keçirəcəkdir.

Azvision.az


Teqlər: BŞBPİ  





Xəbər lenti