Mişel Barakı belə qısqandı - FOTOLAR

Mişel Barakı belə qısqandı - FOTOLAR
  11 Dekabr 2013    Oxunub:1288
Dekabrın 10-da Nelson Mandelanın vida mərasiminə qatılan Barak Obama və xanımı bir xeyli küskün görünüblər. AzVision.az-ın xarici mətbuatdan əldə etdiyi şəkillərə əsasən demək olar ki, cütlük ya dalaşıb, ya da Mişel Barakı qısqanır.



Belə ki, Danimarkanın baş naziri Hele Sornin-Şmidt ABŞ prezidentinə mobil telefonla birgə şəkil çəkdirmək təklif edib. Obama onunla həvəslə şəkil çəkdirərkən Mişel əsəbi halda kənarda oturub. Britaniyanın baş naziri Deyvid Kemeron da başını xanım Helenin çiyninə qoyaraq poz verib. Bu anı AFP-nin fotoqrafı Dat Şimidt gözdən qaçırmayıb.

Kim bilir, bəlkə də Mişel Obama Nelson Mandelaya hörmət əlaməti olaraq onun “yas” mərasimində həyat yoldaşı və digər liderlər kimi əylənmək istəməyib. Ayıbdır axı! Bəlkə də tam başqa şeylər haqqında düşünür? Amma, yox. Aşağıdakı şəkillər heç də belə deməyə imkan vermir.



Nəhayət Mişel Obama qısqanclıq hisslərini cilovlaya bilməyərək həyat yoldaşının qulağına nə isə pıçıldayır. Və Barak dinməz söyləməz Mişellə yerini dəyişir. Özünü yığışdırıb, diqqətini Mandela haqqında çıxışlara yönəldir. Bu arada, əvvəl “a..., burda nə var ki, bir şəkil çəkdirdik də...” deyə təəccübünü gizlədə bilməyən Helle Şmidt sonradan sakitcə Mişelin yanında oturub telefonunu qurdalayır. Ya şəkillərə baxır, ya da Mişelin “əmri” ilə onları pozur.

Nyu-York –Post birinci xanımın bu hərəkətlərini xanımlara “master klass” kimi dəyərləndirib. “Mişel Obama digər xanımlara ərinə necə nəzarət etməyin yollarını öyrətdi”-deyə redaktor Coel Pavelski yazıb.

Qeyd edək ki, şəkilləri sosial şəbəkələrdə, Facebook və Tvitterdə geniş müzakirə mövzusuna çevrilib.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti