Nazirlik “Azpolt” MMC-yə “məcburi göstəriş” verib

Nazirlik “Azpolt” MMC-yə “məcburi göstəriş” verib
  15 Oktyabr 2019    Oxunub:1906
Göyçay rayonunda süxur qarışığının qanunsuz daşınması faktı aşkarlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Azvision.az -a bildirilib ki, Göyçay rayonu ərazisində süxur qarışığının qanunsuz daşınması ilə bağlı Nazirliyə daxil olan şikayət yerində araşdırılıb.

Araşdırma zamanı Ucar-Zərdab avtomobil yolunun yenidən qurulması məqsədilə qarışıq süxurun daşınmasının rəsmi icazə və müvafiq sənədləşmə çərçivəsində “Körpü Bina Tikinti” MMC-nin sifarişi əsasında “Azpolt” MMC tərəfindən həyata keçirildiyi məlum olub.

Lakin torpaq daşınması zamanı ekoloji tələblərə əməl olunmadığı, yük avtomobillərinin yük yerinin lazımi toz buraxmayan üzlüklə örtülmədiyi və nəqliyyat vasitələrinin hərəkəti zamanı yaranan tozun ətrafa yayıldığı aşkar edilib. Çatışmazlıqların aradan qaldırılması məqsədilə iş icraçısı “Azpolt” MMC-yə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Azvision.az



Teqlər: ETSN  





Xəbər lenti