Piyadanı öldürən sürücü 5 gün sonra tapıldı

Piyadanı öldürən sürücü 5 gün sonra tapıldı
  15 Oktyabr 2019    Oxunub:1736
Oktyabrın 10-da saat 19 radələrində Səbail rayonunun Yeni Salyan yolu küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Abşeron rayon sakini Aidə İsmayılova vurulmuş və o, zərbədən qarşıdan gələn, Bakı şəhər sakini C.Abdullayevin idarə etdiyi “Wolkswagen” markalı avtomobilin altına düşərək hadisə yerində ölüb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Səbail RPİ 8-ci PB, Nəqliyyatda Baş Polis İdarəsi və Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Kia” markalı avtomobilin sürücüsü, Cinayət Məcəlləsinin 263 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə axtarışda olan Gədəbəy rayon sakini Z.Abbasov saxlanılıb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti